“Barış pınarı”na dəstək olan futbolçu ilə yollar ayrıldı

Almaniya II Bundesliqa təmsilçisi "Sankt-Pauli" klubu futbolçusu Cenk Şahin "Instagram"da "Barış pınarı" hərəkatına dəstək olduğu üçün qərar komandanın əsas heyətindən uzaqlaşdırılmışdı

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ilə bağlı qərar qəbul edilib. Klub rəhbərliyi türkiyəli oyunçu ilə yolları ayırıb. Müqaviləsi 2021-ci ilə qədər olan futbolçunun sözləşməsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.

 

Cenk bir müddətdir ki, "Başakşəhər"də məşq edir.

 

Almaniya təmsilçisi Cenk Şahinin paylaşımının klubun imicinə uyğun olmadığı üçün belə qərar verib.

 

"Sankt-Pauli" Ənvər Cenk Şahini 2017-ci ildə "Başakşəhər"dən transfer etmişdi.

Tarix: 22 Noyabr [00:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Dekabr 2019
15  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio