"Dinamo" irqçi şüarlara görə cəzalandı

00:50 - 22 Noyabr 2019

Ukrayna Futbol Federasiyası Premyer Liqanın 14-cü turunun "Şaxtyor"la səfər görüşündə azarkeşləri irqçi şüarlar səsləndirdiyi üçün "Dinamo" klubunu cəzalandırıb.

 

Sportal.az xəbər verir ki, federasiya paytaxt təmsilçisini 1-i şərti olmaqla 2 oyunluq cəzalandırıb. Kiyev klubu 500 min qrivna (təxminən 35 min manat) məbləğində cərimə edilib.

 

“Dinamo” ilə matçın 74-cü dəqiqəsində Donetsk klubunun futbolçusu Tayson hisslərini cilovlaya bilməyib. Braziliyalı yarımmüdafiəçi ona və komanda yoldaşı Dentinyoya qarşı səsləndirilən şüarlara sərt reaksiya verib. 31 yaşlı futbolçu qaydanı pozduğu epizoddan dərhal sonra fanatlara tərəf orta barmağını qaldırıb və topu onlara tərəf vurub.

O, bu hətəkətinə görə qırmızı vərəqə alıb. Tayson göz yaşları içində meydanı tərk edib.

Qarşılaşmada "Şaxtyor" 1:0 hesabı ilə qalib gəlib.

 

Xəbər xətti