Nikola Yurçeviçlə yollar ayrılır - Elxan Məmmədov açıqladı

17:02 - 22 Noyabr 2019

AÇ-2020-nin seçmə mərhələsində keçirdiyi 8 oyuna 1 xal qazanan Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç istefaya göndəriləcək.

 

Sportal.az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov bu barədə açıqlama verib. O, Yurçeviçin seçmə mərhələdə qarşıya qoyulan məqsədi reallaşdıra bilmədiyini deyib.

 

53 yaşlı mütəxəssis ilin əvvəlində Azərbaycan millisinin baş məşqçi postuna keçmişdi.

Xəbər xətti