"Real" azarkeşləri Neymara: "Barselona"ya get!"

00:57 - 26 Noyabr 2019

"Real" azarkeşləri Çempionlar Liqasının V tur oyunu üçün Madridə səfər edən PSJ-nin futbolçusu Neymarı xoş qarşılamayıb.

 

Sportal.az xəbər verir ki, fanatlar braziliyalı oyunçu komandanın avtobusundan düşərkən onu fitə basıb və "Barselona"ya get!" şüarları səsləndirib. "Sambaçı" azarkeşlərə heç bir reaksiya verməyib.

 

Neymar daha əvvəl "Real"ın əzəli rəqibi "Barselona"nın formasını geyinib. Ötən yay onun Madrid klubuna keçidi gündəmdə olsa da, PSJ futbolçusunu buraxmamışdı.

Xəbər xətti