Ramil Şeydayev derbidə oynamadı

12:49 - 2 Dekabr 2019

Rusiya Premyer Liqasında 18-ci turun oyunları keçirilir. 

 

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Moskva “Dinamo”su səfərdə paytaxtın digər təmsilçisi “Lokomotiv”lə qarşılaşıb. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Ramil komandasının qalib gəldiyi oyunda sonadək ehtiyatda qalıb.

 

“Dinamo” 18 turdan sonra 24 xalla 6-cı pillədə qərarlaşıb.

Xəbər xətti