Ronaldo İtaliyada ən yaxşı oldu

12:26 - 3 Dekabr 2019

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo İtaliya A Seriyasında ötən mövsümün ən yaxşı oyunçusu seçilib.

 

Sportal.az xəbər verir ki, "Galà del Calcio-2019 Gran" mükafatlarının verilməsi mərasimində ən yüksək mükafat portuqaliyalı futbolçuya təqdim edilib.

 

34 yaşlı futbolçu ötən mövsümün 31 oyuna 21 qol vurub, 8 məhsuldar ötürmə edib.

 

Ötən mövsümünün ən yaxşı komandası turnir cədvəlində üçüncü yer tutmuş "Atalanta" seçilib. Komandanın çalışdırıcısı Can Pyero Qasperini ən yaxşı baş məşqçi mükafatına layiq görülüb.

Xəbər xətti