"Brügge" Dianı növbəti dəfə cəzalandırdı

13:27 - 3 Dekabr 2019

İcarə əsasında “Brügge”də çıxış edən “Qalatasaray”ın futbolçusu Mbaye Dian növbəti dəfə əsas komandadan qovulub.

 

Sportal.az xəbər verir ki, seneqallı hücumçu “Brügge”nin Çempionlar Liqasında “Qalatasaray”la oynadığı matç (1:1) ərəfəsində icazəsiz Türkiyəyə səyahət etdiyi üçün əvəzedici komandaya göndərilib.

 

Dian daha öncə PSJ ilə matçda penaltini baş məşqçidən icazəsiz vurduğu üçün əsas heyətdən uzaqlaşdırılmışdı.

 

28 yaşlı futbolçu bu mövsüm 12 oyunda 4 qol vurub. Onun müqaviləsi mövsümün sonunda başa çatacaq.

Xəbər xətti