Amerika kubokunun püşkü atıldı

16:51 - 5 Dekabr 2019

2020-ci ildə keçiriləcək Amerika Kubokunun püşkü atılıb.

 

Sportal.az xəbər verir ki, Argentina və Kolumbiyanın ev sahibliyi edəcəyi turnir yeni formatda keçiriləcək. Avstraliya və Qətər yığmaları 12 komandanın 2 qrupa bölündüyü yarışa dəvət alıblar.

 

Hər qrupda ilk 4 yeri tutacaq kollektivlər 1/4 finala vəsiqə qazanacaqlar.

 

A qrupu: Argentina, Avstraliya, Boliviya, Uruqvay, Çili, Paraqvay

B qrupu: Kolumbiya, Braziliya, Qətər, Venesuela, Ekvador, Peru

 

Yarışın açılış oyunu iyunun 12-də Argentina və Çili komandaları arasında olacaq. Final isə iyulun 12-də baş tutacaq. Turnirin sonuncu qalibi Braziliya millisidir.

Xəbər xətti