Premyer Liqada VAR aləmi bir-birinə vurdu - VİDEO

15:55 - 7 Dekabr 2019

İngiltərə Premyer Liqasının 15-ci turunda "Nyukasl"ın səfərdə "Şeffild Yunayted"i 2:0 hesabı ilə məğlub etdiyi oyunda VAR kuryoz hadisəyə səbəb olub.

 

Sportal.az xəbər verir ki, qonaqların 2-ci qolu zamanı yan xətt hakimi bayrağını qaldırıb. Bunu görən meydan sahiblərinin müdafiəçiləri ayaq saxlayıb. Hətta "Nyukasl"ın futbolçuları da topun arxasında qaçmağı dayandırıb. Lakin topla olan Conco Şelvi dayanmayıb və qapıçı ilə üz-üzə qalanadək irəliləyib və topu tora göndərib. "Şeffild"in qapıçısı da topa ciddi reaksiya verməyib. Lakin sonradan VAR epizoda müdaxilə edib və qol hesaba alınıb.

 

 

 

Xəbər xətti