Mourinyo keçmiş futbolçusunu istəyir

12:33 - 10 Dekabr 2019

Çinin “Şandun Lunen” klubunun yarımmüdafiəçisi Maruan Fellaini İngiltərənin "Tottenhem" klubunda çıxış edə bilər.

 

Sportal.az xəbər verir ki, belçikalı yarımmüdafiəçini komandanın baş məşqçisi Joze Mourinyo istəyir. Portuqaliyalı mütəxəssis klub rəhbərliyindən 32 yaşlı yarımmüdafiəçinin transfer edilməsini tələb edib.

 

Fellaini "Mançester Yunayted"də Mourinyonun rəhbərliyi altında çıxış edib. Onun Çin klubu ilə müqaviləsi 2021-ci ilə qədərdir.

Xəbər xətti