Pelleqrini istefaya göndərilir

11:30 - 11 Dekabr 2019

İngiltərənin “Vest Hem” klubu baş məşqçi Manuel Pelleqrinini istefaya göndərməyə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, London təmsilçisi qeyri-stabil çıxışa görə çilili mütəxəssisi postundan göndərmək fikrindədir. "Çəkicdöyənlər" Premyer Liqanın 17-ci turunda “Sauthempton”a məğlub olsa, istefa rəsmiləşəcək.

 

“Vest Hem” Premyer Liqada 6 xalla turnir cədvəlinin16-cı pilləsində qərarlaşıb.

Xəbər xətti