"Qarabağ"ın itirdiyi və qazandığı milyonlar

02:29 - 13 Dekabr 2019

Avropa Liqasının qrup mərhələsinin son turunda "Qarabağ" Lüksemburqun "Düdelanj" klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

 

Sportal.az xəbər verir ki, "Qarabağ" bu nəticəyə görə, UEFA-dan 190 min avro qazanıb.

 

Qrup mərhələsində qalib komandaya isə 570 min avro mükafat verilir. İkinci turda "Düdelanj"a səfərdə 4:1 hesabı ilə qalib gələn ağdamlılar bu məbləği büdcəsinə əlavə etmişdi. "Köhlən atlar" APOEL-lə Bakıdakı oyunda heç-heçə etməklə 190 min avro qazanmışdı. Ümumilikdə "Qarabağ" qrup mərhələsindəki nəticəyə görə 950 min avro gəlir götürüb.

 

Təmsilçimiz növbəti mərhələyə yüksəlsəydi, büdcəsinə daha 500 min avro əlavə ediləcəkdi. Qrup liderinə 1 milyon avro, ikincisinə isə əlavə 500 min avro da verilir.

 

"Qarabağ" bu mövsüm Çempionlar Liqasında 1,14 milyon, Avropa Liqasının qrup mərhələsinə yüksəldiyi üçün 2,92 milyon avro mükafat qazanmışdı. Ümumi hesablama aparsaq, ağdamlılar bu il UEFA-dan 5,01 milyon avro (təqribən 9,5 milyon manat) qazanc götürüb.

 

Avropa Liqasının mükafatları:

 

Qrup mərhələsi: 48 komandanın hər birinə 2,92 milyon avro

Qrupda qələbə: 570 min avro
Qrupda heç-heçə: 190 min avro
Qrupun qalibi: 1 milyon avro
Qrup ikincisi: 500 min avro
1/16 finala vəsiqə: 0,5 milyon avro
1/8 finala vəsiqə: 1,1 milyon avro
1/4 finala vəsiqə: 1,5 milyon avro
1/2 finala vəsiqə: 2,4 milyon avro
Finala vəsiqə: 4,5 milyon avro
Qalib: 4 milyon avro.

Xəbər xətti