Azərbaycanda oynamış futbolçunun ölümünə səbəb olan faciəvi qəza - VİDEO

13:35 - 20 Dekabr 2019

"Kəpəz"in sabiq futbolçusu Şadon Vinçester ötən gün vəfat edib.

 

Sportal.az xəbər verir ki, Trinidad və Tobaqo millisinin üzvü yol qəzasında həyatını itirib. 27 yaşlı vinger ölkəsinin Qasparilyo şəhərində qəzaya düşüb. Onun "Nissan X-trail" maşını işıq dirəyinə çırpılıb və yanmağa başlayıb. Futbolçu ilə yanaşı, maşındakı digər 3 şəxs də vəfat edib.

 

Şadon Vinçester 2017/2018-ci illər mövsümündə icarə əsasında "Kəpəz"də oynamışdı. O, Azərbaycan klubunda 8 oyun keçirmış və qol vurmamışdı. Onun son klubu Finlandiyanın SJK komandası idi.

 

 

 

Xəbər xətti