Rövnəq Abdullayev daha Milli Məclisdə olmayacaq

17:36 - 27 Dekabr 2019

SOCAR və AFFA-nın prezidenti Rövnəq Abdullayev fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkisində iştirak etməyəcək.

 

Sportal.az xəbər verir ki, siyahıda Yeni Azərbaycan Partiyasının üzvü olan bir sıra tanınmış, əvvəl deputat olmuş şəxslər yer almayacaq. Onların arasında Rövnəq Abdullayev də var. YAP yüksək dövlət vəzifəsi tutan şəxslərin parlamentdə təmsil olunmasını məqsədəuyğun hesab etməyib.

 

Beləliklə, partiya Abdullayev də daxil olmaqla, bir neçə tanınmış şəxsin namizədliyini irəli sürməyib.

 

Abdullayev üç çağırış Milli Məclisin deputatı olub.

Xəbər xətti