Bombardir "Sumqayıt"dan ayrılacaq - klub rəsmisi açıqladı

"Sumqayıt"ın hücumçusu Peyman Babayi yayda komandadan ayrılacaq.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı futbolçu müqavilə ilə məxsus olduğu "Maşın Sazi"yə qayıdacaq. Bu barədə Təbriz klubunun direktoru Həsən Nəsirzadə məlumat verib. O, Peymanın yayda 1,5 illik icarə müqaviləsinin başa çatacağını və onun komandaya qayıdacağını bildirib.

 

Cənubi azərbaycanlı futbolçu 2019-cu ilin yanvarından "Sumqayıt"da oynayır. Peyman bu mövsüm 16 oyuna 6 qol vurub.

Tarix: 11 Yanvar [15:32]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
30 May 2020
29  May 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio