Merih Demiraldan şok xəbər: Avropa çempionatını buraxacaq

İtaliya A Seriyasının 19-cu turunda "Roma"ya səfərdə 2:1 hesabı ilə qalib gələn "Yuventus" ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, komandanın ilk qolunu vuran türkiyəli müdafiəçi Merih Demiral 16-cı dəqiqədə sıradan çıxıb. Turin klubu 21 yaşlı futbolçunun sol dizinin ön çarpaz bağlarının qopduğunu açıqlayıb.

 

Bu səbəbdən gənc oyunçu mövsümün qalan oyunlarında forma geyinməyəcək. O, Avropa çempionatında Türkiyə millisinə kömək etməyəcək.

Tarix: 13 Yanvar [15:20]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
8  İyul 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio