"Sevilya"dan "Milan"a keçdi

17:17 - 13 Yanvar 2020

“Sevilya” Simon Kyaeri yenidən icarəyə verib.

 

Sportal.az xəbər verir ki, danimarkalı müdafiəçi karyerasını “Milan”da davam etdirəcək. Klub saytı 30 yaşlı stopperlə mövsümün sonuna qədər müqavilə imzalandığını yazıb. Bu keçid üçün "Milan" əndəlüsiyalılara 500 min avro təzminat ödəyib. "Qırmızı-qaralar" 3 milyon avro ödəyib, futbolçunu birdəfəlik transfer edə bilər. Kyaer mövsümün sonuna qədər 600 min avro maaş alacaq.

 

Kyaer mövsümün ilk yarısını "Atalanta"da keçirmişdi.

Xəbər xətti