ABŞ klubu Dadaşovun transferini açıqladı

Almaniyanın III Bundesliqa təmsilçisi "Proysen"dən ayrılan Azərbaycan millisinin üzvü Rüfət Dadaşov ABŞ-ın "Feniks Rizinq" klubuna transfer olub.

 

Sportal.az klubuna saytına istinadən xəbər verir ki, II Liqa təmsilçisi 28 yaşlı hücumçunu yeni mövsüm üçün sifariş edib. Dadaşov transferi ilə bağlı klubun saytına danışıb:

 

"2014-cü ildə Azərbaycan millisi ilə ABŞ yığmasına qarşı oynadığım vaxtdan bəri bu Amerikada futbolu yaxından izləyirəm və çox böyük inkişaf görürəm. Burdakı həyəcanın bir hissəsi olmağı çox istəyirdim. Rik Şantzla danışdıqdan sonra "Feniks Rizinq" oynamaq istəyimi 100 faiz qətiləşdirdim. Komanda yoldaşlarımla, azarkeşlərlə görüşmək, qələbələrə kömək etməyi səbrsizliklə gözləyirəm".

Tarix: 14 Yanvar [10:35]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
6 İyun 2020
5  İyun 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio