Sabiq "Neftçi"li Ekvador klubunda

12:02 - 14 Yanvar 2020

"Neftçi"nin sabiq futbolçusu İqnasio Erreranın yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı vinger Ekvadorun "Muşuk Runa" klubuna transfer olub. Çilili futbolçu son olaraq ölkəsindəki "Palestino" klubunun formasını geyinib.

 

Errera 2017-2018-ci illərdə "Neftçi"də oynayıb.

Xəbər xətti