"Zirə"nin rumıniyalılarla 8-ci dueli

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Zirə” ikinci yoxlama oyununu keçirəcək. “Qartallar” bu gün Rumıniyanın “Sepsi” klubu ilə üz-üzə gələcək.

 

Sportal.az xəbər verir ki, "qartallar" bu ölkədən olan komandalarla indiyədək 2 rəsmi, 5 qeyri-rəsmi matçda üz-üzə gəlib. Yoxlama oyunlarının hamısı Türkiyə toplanışları çərçivəsində təşkil olunub.

 

2015-ci ilin qışında “Tırqu Mureş”ə 1:0 hesabı ilə qalib gələn “Zirə”nin qələbə qolunu Luiz Alberto Dies (Tato) vurub. İlyarım sonra – 2017-ci ilin yayında “Vitorul”la qarşılaşan “qartallar” 1:2 hesabı ilə uduzub. Komandada Orxan Əliyev fərqlənib. Son iki qış fasiləsində “Voluntari” sınaqçı rəqib olub. “Zirə” hər iki görüşdə rumıniyalılara qalib gəlib. 2018-ci ildə 2:0 hesablı qələbə Elşən Abdullayevlə Vüsal İsgəndərlinin qolları ilə gerçəkləşib. Ötən il isə Pərdis Fərcad-Azadın qolu həlledici olub.

 

2019-cu ildə “Zirə” daha bir dəfə bu ölkə təmsilçisi ilə görüşüb. Yayda “Konkordiya”ya qarşı keçirilən görüşdə qol vurulmayıb. Beləliklə, 5 yoxlama oyununda 3 qələbəsi olan “qartallar” 1 heç-heçə edib və 1 dəfə uduzub. 5 qol vuran futbolçularımız 2 top buraxıblar.


“Zirə” Avropa Liqasında mübarizə apardığı 2017/18 mövsümündə də Rumıniya klubu ilə üz-üzə gəlib. II təsnifat mərhələsinin “Astra” ilə səfər qarşılaşmasında 1:3 hesabı ilə uduzan komanda evdə qolsuz heç-heçə edib. Yeganə qola Rəşad Sadiqov imza atıb.

 

Tarix: 16 Yanvar [13:40]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Fevral 2020
23  Fevral 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio