"Sabah" "Spartak"la qarşılaşacaq

19:58 - 17 Yanvar 2020

Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışında olan “Sabah”ın hazırlıq çərçivəsində qarşılaşacağı son rəqib bəlli olub.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Rusiyanın “Spartak” klubunun əvəzediciləri ilə qarşılaşacaq. Moskva təmsilçisi ilə görüş yanvarın 21-də baş tutacaq.

 

Yanvarın 8-dən Türkiyədə təlim-məşq toplanışında olan “Sabah”, toplanış çərçivəsində Macarıstanın “Pakş” (0:2) və Rumıniyanın “Akademika Klinçeni” (0:0) klubları ilə qarşılaşıb. Komanda yanvarın 19-da Qazaxıstan “Kaysar”ı ilə üz-üzə gələcək.

Xəbər xətti