"Real" 30 milyona futbolçu aldı - rəsmi

“Real” Braziliyanın “Flamenqo” klubunun yarımmüdafiəçisi Reyniri transfer edib.

 

Sportal.az xəbər verir ki, bu barədə Braziliya təmsilçisinin saytı məlumat yayıb. Madrid klubu bu keçid üçün 30 milyon avro təzminat ödəyib. Daha 5 milyon avro isə 17 yaşlı oyunçunun agentinə çatıb. Gənc futbolçu ilə uzun müddətli müqavilə imzalanıb.

 

Transfer ötən həftə tamamlansa da, futbolçunun yanvarın 19-u 18 yaşının tamam olmasına görə, keçid bu gün açıqlanıb. "Real" FIFA-nın sanksiyası ilə üz-üzə gəlməmək üçün bir qədər gözləməli olub.

 

Reynir Xesus Karvalyo "Flamenqo"nun yetirməsidir.

Tarix: 20 Yanvar [20:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Fevral 2020
23  Fevral 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio