Ayxan Abbasov: "Komandada irəliləyiş olduğu hiss olunurdu"

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Antalyada təlim-məşq toplanışı çərçivəsində Polşanın “Arka” klubuna 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssis oyunu şərh edib:

 

"Bu gün artıq 3-cü oyunumuzu keçirdik. Komandada irəliləyiş olduğu hiss olunurdu. Rəqibimiz də fiziki cəhətdən yaxşı komanda idi. Çempionat öncəsi belə əzmkar komandalara qarşı oynamaq bizim üçün də yaxşıdır. Ümumən, uşaqlar meydanın hər qarışı üçün mübarizə apardılar. Qələbə qazandığımız üçün sevinirik. Komandanı qələbə ruhuna kökləməyə çalışırıq. Burada 1 oyunumuz qalıb. Həmin oyunu da uğurla başa vurub, çempionata tam hazır şəkildə Vətənə dönəcəyimizi düşünürəm".

Tarix: 21 Yanvar [18:53]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Fevral 2020
24  Fevral 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio