Samir Əliyev: "Mart-aprel aylarında optimal heyət formalaşdırmağa çalışacağıq"

Antalyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Samir Əliyev "Alanyaspor" klubunun müvafiq yaş qrupuna aid komandasına qarşı keçirilmiş oyundan (4:2) sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, o, qələbəni şərh edib:

 

“İlk oyunumuz idi. Çalışdıq ki, bütün futbolçuları sınaqdan keçirək, onları yoxlayaq. Çünki yeni komandadır, futbolçuların çoxunu yaxından tanımırıq. Bizim üçün yaxşı təcrübə oldu. Bu da gələcəkdə nələrə diqqət yetirməyimizə, hansı mövqeləri gücləndirməyimizə əsas verir. Qarşıda iki oyunumuz var. Şimali Makedoniya millisi ilə oyunlarda da çalışacağıq ki, layiqli çıxış edək.

 

Bizim üçün burada bütün şərait yaradılıb. Futbolçular da çox istəkli, əzmkardı. Hər biri çalışır ki, özünü yaxşı tərəfdən göstərsin. Düzdür, bu toplanış üçün bir çox futbolçuya dəvət göndərə bilmədik. Amma kənarda qalıb, lakin nəzərimizdə olan oyunçular da var. Onları da növbəti təlim-məşq toplanışına dəvət edib, sınaqdan keçirəcəyik. Mart-aprel aylarında optimal heyət formalaşdırmağa çalışacağıq. Oktyabr ayında Moldovada Avropa çempionatının seçmə oyunlarında ev sahibi komanda ilə yanaşı, Yunanıstan və Fransa ilə qarşılaşmalarımız var. Məqsədimiz nizam-intizamlı, mübariz bir komanda formalaşdırmaqdır”.

Tarix: 23 Yanvar [00:04]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Fevral 2020
16  Fevral 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio