Hakimlərlə danışılmış oyunlara görə seminar keçirildi

Bu gün Bakı Olimpiya Stadionunda təlim-məşq toplanışında olan elit-kateqoriya, 1-ci kateqoriya və inkişaf qrupunun hakimləri üçün danışılmış oyunlarla bağlı seminar keçirilib.
 

Sportal.az xəbər verir ki, UEFA-nın danışılmış oynlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Hakim olaraq dürüstlük məsələləri və danışılmış oyunlar haqqında nələri bilməlisiniz?”, “Əsas məqsəd sizi və futbolu qorumaqdır” mövzularında çıxış edib.

 

İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, İntizam Komitəsinin İntizam Məcəlləsi haqqında seminar iştirakçılarına məlumat verib. Seminar zamanı iştirakçılara son dövrdə aparılan mübarizənin əyani sübutlarını əks etdirən görüntü təqdim edilib.

 

Tarix: 23 Yanvar [16:05]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 Sentyabr 2020
25  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio