Həmkərlar İttifaqının konfransı baş tutmadı - Nazim Süleymanov AFFA-nı günahlandırır

15:28 - 24 Yanvar 2020

Bu gün Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının nümayəndələrinin Bakıdakı otellərdən birində mətbuat konfransı keçirməyi nəzərdə tutsa da, bu baş tutmayıb.

 

Sportal.az xəbər verir ki, tədbir son anda təxirə salınıb. Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının sədri Nazim Süleymanov otel rəhbərliyinin texniki səbəblərlə əlaqədar tədbirin keçirilməsinin mümkün olmayacağını söylədiyini bildirib.

 

Məlumata görə, konfrans salonuna su damır. Süleymanov isə oteldə hər hansı problemin olmadığını, AFFA-nın onlara əngəl yaratdığını söyləyib.

Xəbər xətti