İdman dünyası yasda: əfsanəvi basketbolçu qəzada qızı ilə birgə vəfat etdi

00:00 - 27 Yanvar 2020

İdman dünyasını yasa bürüyən ölüm hadisəsi baş verib.

 

Sportal.az xəbər verir ki, Milli Basketbol Assosasiyasında "Los-Anceles Leykers"də forma geyinmiş Kobi Brayant vəfat edib. Amerikalı idmançı helikopter qəzasında dünyasını dəyişib. Əfsanəvi idmançını aparan "Sikorsky S-76" helikopteri Kaliforniyada qəzaya uğrayıb. Brayantla yanaşı, daha 4 insan vəfat edib. 

 

"La Times"ın məlumatına görə, Kobi "Los-Anceles Leykers"in matçını izləməkdən qayıdırmış. O, arenada qızı Canna Mariya ilə birgə görünmüşdü. Onun 13 yaşlı qızı da vəfat edənlərdən biridir.

 

1996-cı ildən “Los Anceles Leykers”də çıxış etmiş basketbolçu 5 dəfə MBA çempionu olub (2000, 2001, 2002, 2009, 2010). Kobi ABŞ yığmasının heyətində 2 dəfə Olimpiya çempionluğu yaşayıb. (2008, 2012). 41 yaşlı basketbolçu karyerasını 2016-cı ildə bitirmişdi.

Xəbər xətti