"Qarabağ" Paniko üçün təklif yollayıb

16:38 - 27 Yanvar 2020

"Qarabağ" İtaliyanın B Seriyasında çıxış edən "Çittadella"nın futbolçusu Cüzeppe Panikonun transferi üçün qarşı tərəfə təklif yollayıb.

 

Sportal.az "Sky Sport"a istinadən xəbər verir ki, Ağdam klubu ilə yanaşı 22 yaşlı hücumçunu B Seriyasının bir neçə klubu da transfer etmək istəyir. Xəbərdə Panikonun mövsümün sonuna qədər "Çittadella"da qalmaq fikrində olduğu vurğulanıb. Bu səbəbdən də onun "Qarabağ"a keçmək ehtimalı aşağıdır.

 

Paniko İtaliyanın U-17, U-18, U-19 və U-20 yığmalarında oynayıb. "Cenoa"nın yetirməsi 2018-ci ildən "Çittadella"da çıxış edir.

Xəbər xətti