AFFA-nın hesabatı: pullar hara xərclənib?

AFFA-nın 2019-cu il üçün maliyyə hesabatı açıqlanıb. Assosiasiyanın gəliri 29 milyon 948 min 618 manat təşkil edib.

 

Sportal.az xəbər verir ki, bu məbləğin 11 milyon 964 min 760 manatı SOCAR-ın, 9 milyon 262 min 957 manatı UEFA-nın, 3 milyon 853 min 836 manatı "A" MYK-nın yayım hüquq gəlirinin, 2 milyon 787 min 590 manatı FİFA-nın, 1 milyon 170 min 577 manatı Bakcell MMC-nin, 566 min 593 manatı digər gəlirlərin, 122 min 165 manatı Procter & Gamble MMC-nin, 118 min PAŞA Sığortanın və nəhayət 102 min 140 manatı UNİCEF-in payına düşür.

 

Ötən ilin mayında Bakı Olimpiya Stadionunda "Çelsi" və "Arsenal" arasında keçirilmiş Avropa Liqasının final matçının təşkilinə 13 milyon 333 min 491 manat xərclənib.

 

AFFA-nın tərkibində olan Federasiyalar və Üzvlərə ayrılan vəsaitlər:

 

Futzal Federasiyası - 473 min 200 manat
Futbol Veteranları İttifaqı - 183 min 384 manat
Regional Futbol Federasiyası - 221 min 490 manat
Uşaq və Gənclər Federasiyası - 255 min manat
Çimərlik Futbol Federasiyası - 96 min 326 manat
Əlillər Futbol Federasiyası - 49 min 670 mnat
Peşəkar Futbol Liqası - 204 min manat
İctimai Futbol Federasiyası - 16 min 300 manat
Tələbə Futbol Federasiyası - 51 min 500 manat
Sahə Futbol Federasiyası - 7 min 500 manat
Qarabağ Əlil Döyüşçülər Federasiyası - 22 min 500 manat
İsgəndər Cavadov Bakı Futbol Akademiyası - 26 min 550 manat

 

Toplam: 1 milyon 607 min 420 manat

 

AFFA-nın balansında olan stadionların, futbol akademiyasının və milli komandaların məşq mərkəzlərinin saxlanılmasına ayrılan vəsaitlər:

 

"Bayıl" stadionu və akademiyası - 455 min 244 manat
"Dalğa Arena" - 577 min 316 manat
Bakı Olimpiya Stadionu - 304 min manat
Təlim-Məşq Mərkəzi - 302 min 753 mnat
Futbol Akademiyası - 161 min 652 manat
Binə stadionu - 71 min 974 manat
Ağsu stadionu - 66 min 195 manat
Bakcell Arena - 111 min 759 manat

 

Toplam: 2 milyon 50 min 893 manat


Azərbaycan futbol klublarına UEFA tərəfindən ayrılan vəsaitlər:

 

"Qarabağ" - 12 milyon 324 min 696 manat
"Neftçi" - 1 milyon 563 min 39 manat
"Qəbələ" - 706 min 196 manat
"Səbail" - 543 min 509 manat
"Zirə" - 104 min 717 manat
"Sumqayıt" - 104 min 717 manat
"Sabah" - 104 min 717 manat

 

Toplam: 15 milyon 451 min 591 manat.

Tarix: 28 Yanvar [16:25]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
5 Aprel 2020
4  Aprel 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio