"Tottenhem" PSV-nin ulduzu ilə anlaşdı

01:01 - 29 Yanvar 2020

Niderlandın PSV klubunda bu mövsüm parlaq oyun nümayiş etdirən Stiven Berqveyn karyerasını "Tottenhem"də davam etdirəcək.

 

Sportal.az "De Telegraaf"a istinadən xəbər verir ki, London klubu 22 yaşlı hücumçunun keçidi üçün 30 milyon avro ödəyib. Berqveynin illik maaşı bonusları çıxmaqla 3,5 milyon avro olacaq.

 

Gənc ulduz 2011-ci ildə "Ayaks"ın akademiyasından PSV-yə keçib. Niderland millisinin üzvü bu mövsüm 29 oyuna 6 qol vurub, 13 assist edib.

Xəbər xətti