"Sumqayıt" - "Qarabağ" oyununda 7 qol

15:02 - 30 Yanvar 2020

I Divizionun 2-ci dövrəsi üçün hazırlıqlarını davam etdirən “Sumqayıt”ın əvəzediciləri bu gün sonuncu yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Zaur Hidayətovun yetirmələri “Kapital Bank Arena”nın ehtiyat meydançasında “Qarabağ-2”ni qəbul edib.

 

"Gənclik şəhəri" təmsilçisi Ağdam klubuna 4:3 hesabı ilə qalib gəlib. “Sumqayıt”ın əvəzediciləri bununla da təlim-məşq toplanışını başa vurub.

 

Komanda 6 fevral, saat 14:00-da I Divizionun 14-cü turu çərçivəsində evdə “Qaradağ Lökbatan”la qarşılaşacaq.

Xəbər xətti