"Səbail"də 2 yubiley

Azərbaycan Premyer Liqasının XV turunun “Qarabağ”la oyunu Bakının “Səbail” klubunun iki üzvü üçün yubileylə əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, komandanın baş məşqçisi Aftandil Hacıyev yetirmələrini 50-ci rəsmi matça çıxarıb. 2018-ci ilin yayından bu vəzifədə çalışan mütəxəssis 43 çempionat, 5 kubok və 2 avrokubok görüşündə komandaya rəhbərlik edib.

 

“Səbail” bu 50 oyundan 16-da qələbə qazanıb, 9-da heç-heçə edib və 25-ci məğlubiyyətini “Qarabağ”dan alıb – 0:1. Hacıyevin yetirmələri 48 qol vurub, 73-nü buraxıblar.

 

“Səbail”in futbolçusu Fəhmin Muradbəyli klub tarixinə Premyer Liqada 50 oyun keçirən ilk oyunçu kimi düşüb. O, 2018-ci ildən çıxış etdiyi komandada 6 qol vurub.

 

Yarımmüdafiəçi 2017/18 mövsümündə 13 matçda 3, 2018/19 mövsümündə 24 oyunda 3 qol vurub. Cari çempionatda 13-cü görüşünə çıxan futbolçu fərqlənməyib.

 

Tarix: 3 Fevral [12:34]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
7 Aprel 2020
6  Aprel 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio