Branislav İvanoviç: "VAR futbolu kompüter oyunu edib"

"Zenit"in müdafiəçisi Branislav İvanoviç VAR sisteminin (Video köməkçi hakim) futboldakı yerindən danışıb.

 

Sportal.az xəbər verir ki, serb müdafiəçi bu sisteminin oyunlara xeyri vermədiyini deyib:

 

"VAR-ı sevmirəm, çünki futbolun gözəlliyini pozur. Futbol üçün doğru deyil. Əgər hər şey sonradan izlənilirsə, meydandakı hakimləri tamamilə götürə bilərik. Bu şəkildə futbolu kompüter oyununa çeviririk. Hakimin VAR-la səhvini düzəltməsi, müdafiəçinin yanlışlığa yol verəndə "yenidən başlayaq, bu səhvi təkrarlamayım" deməsinə bənzəyir. VAR bu oyuna aid deyil. Millimetrlə oyundankənar vəziyyət qərarı vermək doğru deyil. Futbol VAR-sız daha gözəldir".

 

35 yaşlı futbolçu bu mövsüm "Zenit"də 26 oyuna 3 qol vurub.

Tarix: 3 Fevral [16:27]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
6 İyun 2020
5  İyun 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio