Elmar Baxşıyev: "Qol vurmaq tək onun işi deyil"

21:42 - 7 Fevral 2020

Azərbaycan Premyer Liqasında XVI turun “Sabah” – “Qəbələ” (3:2) oyunundan sonra keçirilən mətbuat konfransında qonaqların çalışdırıcısı Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırdı.

 

Sportal.az xəbər verir ki, 40 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirdi:

 

- Çətin oyun olacağını bilirdik. “Sabah” da ilk matçı uduzmuşdu, bu gün öz meydanında çıxış edirdi. Qış fasiləsində heyətimizdə bəzi dəyişiklikləır oldu. Yeni transferlər komandaya gec qoşulduğundan hələ ki, istədiyimiz oyunu sərgiləyə bilmirik. Amma komandanın potensialı var. İnanıram ki, daha uğurlu nəticələr əldə edəcəyik.

 

- Erkən qoldan sonra nə baş verdi ki, ardıcıl toplar buraxdız?
- Komandanın psixologiyası yerindədi. Sadəcə, ani diqqətsizlik oldu. Qolları standart vəziyyətlərdən buraxdıq. İlk hissədə də yaxşı epizodlarımız var idi. Amma dəyərləndirə bilmədik.

 

- Dolayısıyla günahı Ülvi İsgəndərovda görürsüz də...
- Xeyr. Qol vurmaq tək Ülvinin işi deyil. Müdafiədən tutmuş hücuma qədər hamıdan qol gözləyirik.

Xəbər xətti