Rafiq Hüseynov 9 il sonra Avropa çempionu oldu

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.

 

Sportal.az xəbər verir ki, yunan-Roma güləşçisi Rafiq Hüseynov (82 kq) finalda bolqarıstanlı Daniel Tixomirov Aleksandrova 2:1 hesabı ilə qalib gəlib.

 

Bununla da Hüseynov karyerasında 2-ci dəfə Avropa çempionu olub. O, daha əvvəl 2011-ci ildə 74 kq çəkidə qitə birincisi olub.


Bu gün yunan-Roma güləşçilərindən Ülvü Qənizadə (74 kq) və Murad Bazarov (60 kq) bürünc medala sahib olublar.

 

Daha öncə Sənan Süleymanov (77 kq) qızıl, Eldəniz Əzizli (55 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanmışdılar.

Tarix: 13 Fevral [00:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Fevral 2020
17  Fevral 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio