Emil Balayev Skandinaviyaya gedir

13:13 - 14 Fevral 2020

"Düşünürəm ki, bir həftə ərzində yeni komanda haqqında qərar verəcəm".

 

Sportal.az xəbər verir ki, bunu Azərbaycan millisinin qapıçısı Emil Balayev deyib. 26 yaşlı qapıçı davam edən danışıqlara da toxunub: “Tobol"dan sonra Avropadan, xüsusən də Belçikadan bir sıra təkliflərim oldu. Seçimlərin hər birində hansısa maneə müqavilə bağlamağımın qarşısını alırdı".

 

Qazaxıstanın "Tobol" klubu ilə müqaviləni pozan Balayev menecerinin əlaqə saxladığı ölkələri gizlətməyib:

 

"Finlandiya və Norveç klubları ilə intensiv danışıqlar davam edir. Hələ konkretləşdirməyəcəm. Məhz Skandinaviyaya köçəcəyim fakt deyil, amma hazırda bu istiqamətdə işlər görülür. Məşqlərə gəlincə, sabahdan etibarən Dmitri Sergeyeviçin (Dmitri Kramarenko - red.) rəhbərliyi altında hazırlaşmağa başlayacam".

 

"Tobol"la Balayev arasında bu ilin sonunadək olan müqavilə yanvarın 31-də qarşılıqlı razılıqla pozulub. (Sport24.az)

Xəbər xətti