Ramil Şeydayev: "Rəşad, karyeranı bitir, milliyə gəl" - VİDEO

“Sabah”ın yeni transferi Ramil Şeydayev İTV-də yayımlanan “Bol idman” verilişində qonaq olub.

 

Sportal.az xəbər verir ki,  23 yaşlı hücumçu “Millinin baş məşqçisi kim olmalıdır” sualına belə cavab verib:

 

“Mənim üçün geniş mənada millinin baş məşqçisinin kim olacağı önəmli deyil. Mənim işim oynamaqdır. Uğur qazanmaq üçün çox şey məşqçidən asılıdır. Amma ona da yaxşı material lazımdır. Əgər hamımız millinin oyununa yüz faiz köklənə bilsək, məşqçi üçün də rahat olar”.

 

Şeydayev millidə “Qarabağ”ın kapitanı Rəşad Sadıqovu baş məşqçi görmək istədiyini sözləribə əlavə edib:

 

“Rəşad karyeranı bitir, milliyə gəl (gülür)... Mən onu millidə görmək istəyərəm. İnanıram ki, bu iş gələcəkdə onda alınar. Mən onunla millidə və “Qarabağ”da oynamışam. Onun məşqçi kimi üstünlüyü müasir futbola yanaşmasıdır. Azərbaycanda bir çox məşqçi köhnə dövrdə oynayıb. Onlar üçün indi çətindir. Rəşad isə gənc məşqçidir, komandasına müasir futbolu oynada bilər. Şəxsi fikrim belədir ki, o, yaxşı mütəxəssis ola bilər. Çoxları düşünür ki, onun millidə komandalarda təcrübəsi yoxdur. Əgər hətta indi gəlsə - düzdür, indi gələ bilməz, çünki oynayır – amma 2 il sonra gəlsə, onda yaxşı alınar”.

 

Tarix: 18 Fevral [12:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio