"Kəpəz" "Sumqayıt"la oyuna 3 itki ilə çıxacaq

I Divizionda XVI turun oyunları çərçivəsində “Kəpəz” sabah səfərdə “Sumqayıt-2” komandası ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, “sarı-göylər” bu gün keçirilən son məşqlə qarşıdakı görüşün hazırlığını başa vurublar.

 

Sumqayıtdakı matçda əsas heyətin 3 üzvü meydana çıxa bilməyəcək. Sarı vərəqə limitini dolduran kapitan Əli Səmədov, müdafiəçi Elvin Dəmirov və yarımmüdafiəçi Elcan Rəhimov oyunu buraxmaq məcburiyyətində qalıb. Əvəzində ötən turda cəzalı olduğundan oynamayan Novruz Məmmədov ilə Orxan Abdullayev sıraya dönüb.

 

“Kəpəz” səfər oyununa bir gün öncədən gedib Bakıda qalacaq. Komanda üzvləri günortadan sonra avtobusla paytaxta yollanacaq.

Tarix: 20 Fevral [15:02]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio