Pedro Enrike "Kayserispor"u məğlubiyyətdən xilas etdi - VİDEO

01:10 - 23 Fevral 2020

Türkiyə Super Liqasında 23-cü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, "Kayserispor" evdə "Konyaspor"la 2:2 hesablı heç-heçə edib. Meydan sahibləri hesabda 0:2 heri düşsə də, bərabərliyə nail olub - 2:2. Komandanın bərabərlik qolunu "Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike vurub.

 

Super Liqada turnir cədvəlinə 45 xalla 1 oyunu ehtiyatda olan "Trabzonspor" başçılıq edir. "Konyaspor" 21 xalla 15-ci, "Kayserispor" 16 xalla sonuncu - 18-cidir.

 

"Kayserispor" - "Konyaspor" - 262

Qollar: Artem Kravets, 45+2, Pedro Enrike, 87 - Ömer Ali Şahiner, 8, Amir Haciahmetoviç, 44

 

Xəbər xətti