Giqqzə "Qarabağ"ın forması hədiyyə edildi - Qurban Qurbanovla da görüşdü - FOTOLAR

14:53 - 24 Fevral 2020

Bakıda səfərdə olan Uels millisinin baş məşqşisi Rayan Giqqz bu gün Tofiq Bəhramov adına Respublika stadionu və “Azərsun Arena”da olub.

 

Sportal.az xəbər verir ki, o, hər iki arena ilə yaxından tanış olub. Giqqz ziyarət zamanı “Qarabağ”ın baş meneceri Asif Əsgərovla görüşüb. Ona Ağdam klubunun 11 nömrəli forması hədiyyə olunub.

 

O, sonda komandanın baş məşqçisi Qurban Qurbanovla da görüşüb və qısa fikir mübadiləsi aparıb.

 

 

Gqqz AVRO-2020-nin A qrupunda Türkiyə və İsveçrə millilərinə qarşı Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarla əlaqədar Azərbaycana gəlib. Onun başçılıq etdiyi nümayəndə heyəti otellərə və stadionlara baxış keçirəcək, infrastrukturla tanış olacaqlar.

 

Image may contain: 3 people, people standing, stadium, grass and outdoor

Image may contain: 2 people, people standing and indoor

Xəbər xətti