Ramin Musayev: "Premyer Liqaya 3 komanda çıxsa, autsayder diviziona düşəcək"

"Mövsümün sonunda I Diviziondan 3 komanda gəlsə, Premyer Liqanın autsayderi diviziona düşəcək".

 

Sportal.az xəbər verir ki, bu fikirləri Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Premyer Liqada cari mövsümün sonunda axırıncı yeri tutan komandanın I Diviziona düşüb-düşməyəcəyi ilə bağlı danışarkən deyib.

 

PFL rəsmisi bildirib ki, bu məsələdə hər şey aşağı dəstə klublarının maddi durumundan asılı olacaq: "I Diviziondan başqa, hansısa klub lisenziya şərtlərini yerinə yetirə bilsə və maddi imkanı Premyer Liqada iştiraka imkan versə, o zaman elitada sonuncu pilləni tutan komandanı, sözsüz ki, həmin kollektiv əvəzləyəcək. Bu, birmənalı şəkildə belə olacaq".

 

Musayev "Diviziondan 2 və ya 3 komanda Premyer Liqaya yüksələrsə, aşağı dəstədə onları hansı klublar əvəzləyəcək" sualına isə belə cavab verib: "Planda var ki, divizionda da bölgə klublarının sayını artıraq. Premyer Liqaya çıxan klubların yerinə həmin kollektivlər yarışa qatıla bilərlər" (report).

 

Hazırda Premyer Liqada "Qəbələ" klubu 13 xalla sonuncu - 8-ci pillədədir. Yeni mövsümdən I Diviziondan "Kəpəz" və "Turan Tovuz" klublarının elitada mübarizə aparacağı gözlənilir.

Tarix: 24 Fevral [18:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
4 Aprel 2020
3  Aprel 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio