Kökcünü istəyən klubların sayı artır

Niderlandın “Feyenoord” klubunda çıxış edən Türkiyənin U-21 millisinin üzvü Orkun Kökçü yayda komandadan ayrıla bilər.

 

Sportal.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi ilə İspaniyanın "Sevilya", "Real Betis", "Valensiya", İngiltərənin “Arsenal” və "Çelsi" klubları maraqlanır.

 

Məlumata görə, "Sevilya"nın idman direktoru Ramon Monçi Rotterdamda gənc futbolçunun oyununu izləyib.

 

Daha öncə "Daily Mail" nəşri "Arsenal"ın Orkun üçün 20 milyon funt-sterlinq təzminat ödəməyə hazır olduğunu yazmışdı.

 

Türk yarımmüdafiəçu bu mövsüm 32 oyunda 3 qol vurub, 2 assist edib.

 

Orkun Kökçünün qardaşı Ozan Can Kökcü “Sabah”da çıxış edir və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvüdür.

Tarix: 26 Fevral [16:12]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
29 May 2020
28  May 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio