"Kardiff Siti"nin futbolçuları arasında dava - VİDEO

İngiltərə Çempionşipinin 35-ci turunda "Notingem Forest"ə 0:1 hesabı ilə uduzan "Kardiff Siti"də qalmaqal yaşanıb.

 

Sportal.az xəbər verir ki, oyun başa çatan kimi Uels təmsilçisinin iki futbolçusu Leandro Bakuna və Kallum Patersonla mübahisə etməyə başlayıblar.

 

Bakuna Patersonun sözlərindən sonra əllə onun başına vurub. 28 yaşlı niderlandlı futbolçu Patersonun boğazından yapışaraq, kənara itələyib.

 

İnsidentin böyüməsinə digər futbolçular imkan verməyib.

 

 

 

Tarix: 26 Fevral [18:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio