Almaniya və Niderland millilərinin nümayəndələri Bakıda

12:40 - 2 Mart 2020

AÇ-2020-nin final mərhələsi ilə əlaqədar müxtəlif milli komandaların nümayəndələri Bakıya səfər etməkdədir.

Sportal.az xəbər verir ki, Almaniya milli komandasının meneceri Maike Seuren və komandanın səyahət meneceri Mattias Qrimm Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika stadionu və Bakıdakı otellərə baxış keçiriblər.

 

Almaniyalı qonaqlar AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədovla görüşüb, AÇ-2020 barədə fikir mübadiləsi aparıblar.


Niderland milli komandasının da nümayəndələri paytaxta gəlib, Bakı Olimpiya Stadionu ilə tanış olublar. Əməliyyat Qrupu Fan Zona barədə qonaqlara ətraflı məlumat verib

.
AÇ-2020-nin A qrupunda 3 oyun, 1/4 final mərhələsinin 1 qarşılaşması Bakıda keçiriləcək. Bakı Olimpiya Stadionundakı qrup oyunlarında Türkiyə, İsveçrə və Uels milli komandaları iştirak edəcək.

 

Xəbər xətti