Kaxaber Tsxadadze "Neftçi"də?

15:15 - 3 Mart 2020

Qazaxıstanın "Ordabasi” klubunu çalışdıran Kaxaber Tsxadadzenin Azərbaycandan yeni təklif alması ilə bağlı informasiyalar səngimir.

 

Düzdür, mütəxəssis 2020-ci ilin sonuna – müqaviləsinin müddəti bitənə qədər iş yerini dəyişmək niyyətində olmadığını deyib. Ancaq bu fakt belə, onun ölkəmizə dönməyi planlaşdırmadığını düşünməyə əsas vermir.


Bakı "İnter”ində (indiki "Keşlə”) uzun müddət işləmiş gürcünün adı "Neftçi” ilə əvvəllər də yanaşı çəkilib. Roberto Bordin gedəndən sonra "ağ-qaralar”ın baş məşqçi postuna təyin edilən Füzuli Məmmədovun sözləşməsi isə iyunda qüvvədən düşəcək. Olmaya, 51 yaşlı mütəxəssis "Neftçi”yə gəlir?


Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev açıqlamasında bunu söyləyib:


"Neftçi” gürcü mütəxəssislə danışıq aparmayıb. Klubun belə planı olmayıb və yoxdur” (fanat.az).

Xəbər xətti