"Atletiko" "Liverpul"u Çempionlar Liqasından uzaqlaşdırdı - VİDEO

02:58 - 12 Mart 2020

Çempionlar Liqasında 1/8 finalın cavab oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, turnirin son qalibi "Liverpul" evdə ilk oyunda 0:1 hesabı ilə uduzduğu Madrid "Atletiko"sunu qəbul edib. 

 

Oyunun əsas vaxtı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Əlavə vaxtda isə Madrid klubu geri dönüş edib - 3:2. Qələbə sayəsində "Atletiko" 1/4 finala adlayıb.

 

“Liverpul” (İngiltərə) – “Atletiko” (İspaniya) - 2:3

Qollar: Corcino Veynaldum, 43, Roberto Firmino, 94 - Markos Lyorente, 97, 105+1, Alvaro Morata, 120+1

 

Xəbər xətti