Koronavirusa yoluxan Mikel Artetanın son durumu

15:33 - 15 Mart 2020

Koronavirusa yoluxan "Arsenal"ın baş məşqçisi Mikel Artetanın həyat yoldaşı Lorena Bernal sosial şəbəkə hesbaında mütəxəssisin son durumunu açıqlayıb.

 

Sportal.az xəbər verir ki, o, ispan çalışdırıcını sağalmağa doğru getdiyini bildirib:

 

"Narahatlığa ehtiyac yoxdur. Bəzən temperaturu qalxır və baş ağrı yaranır. Ancaq nəzarət davam edir. Arteta özünü yaxşı hiss edir. Belə olması müsbət məqamdır. Virusdan qurtulmaq üçün deyilənələrə əməl edirik. Dəstək olan və mesaj yazanlara təşəkkür edirik".

Xəbər xətti