Beş fərqli qitədə qol vuran Honda Romarionun rekordunu təkrarladı

15:02 - 17 Mart 2020

Braziliyanın "Botafoqo" klubunda çıxış edən Yaponiya millisinin sabiq üzvü Keysuke Honda rekorda nail olub.

 

Sportal.az xəbər verir ki, yeni klubunda fərqlənən yapon ulduz 5 fərqli qitədə qol vurmağı bacarıb.

 

33 yaşlı yarımmüdafiəçi daha öncə ölkəsində "Seiryo" və "Naqoya", Rusiyada ÇSKA, İtaliyada "Milan", Niderlandda "Venlo" və "Vitess", Meksikada "Paçuka" və Avstraliyada "Melburn" klublarında çıxış edib. "Botafoqo"ya transferindən sonra təcrübəli oyunçu 5-ci fərqli qitədə futbol karyerası yaşamış oldu.

 

Hondadan öncə Braziliya millisinin sabiq üzvü Romario 5 fərqli qitədə çıxış edib, qol vurmuşdu. DÇ-1994-ün qalibi 43 yaşında futbol karyerasına son qoymuşdu.

Xəbər xətti