Aleksandr Rıbka: "Evdə oturub, divana bağlı qalırsan"

"Səbail"in qapıçısı Aleksandr Rıbka açıqlama verib.

 

Sportal.az "Footboom"a istinadən xəbər verir ki, ukraynalı əlcək sahibi koronavirusla bağlı yaranmış vəziyyətdən danışıb:

 

“Bu vəziyyətdə UEFA-nın qərarını gözləmək üçün 4-5 günlük istirahətə buraxılmışıq. Bundan sonra bir qərar veriləcək. Hazırda vəziyyət aydın deyil, gözləmə rejimindəyik. Məşqlərimiz dayanıb, hamımız evdəyik".

 

32 yaşlı qapıçı Azərbaycanda koronavirusla bağlı vəziyyətin Ukrayndakı kimi olduğunu bildirib:

 

"Bizə evdən çox çıxmamağı məsləhət görüblər. Vəziyyət demək olar ki, Ukrayna ilə eynidir. Bağlanacağı deyilsə də, hava limanları işləyir. Mağazalar, yanacaq doldurma məntəqələri və apteklər həmişəki rejimdə işləyir, ancaq kafe və restoranlar bağlanır. Evdə oturmalısan, divana bağlı qalırsan. Düzdür, hamıda eyni vəziyyətdir, ümid edək ki, tez sona çatsın. Mən ailəmlə birlikdə evdə olmaq istəyirəm. Ancaq bunu necə edəcəyimi bilmirəm”.

Tarix: 18 Mart [11:29]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
2 Aprel 2020
1  Aprel 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio