Premyer Liqanın davam etdirilməsi üçün yeni plan

12:12 - 19 Mart 2020

İngiltərə Premyer Liqasında çıxış edən klublar mövsümü başa vurmaq üçün konfrans keçirəcəklər.

 

Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, video-konfransda hər klub öz təklifini irəli sürəcək.

 

İddiaya görə, Premyer Liqanın qalan 92 oyunu azarkeşsiz keçirilə bilər. Matçların kiçik şəhərdə keçirilməsi planlaşdırılır. Həmin şəhərdə oyunlar üçün 3 stadion seçiləcək.

 

Hər komanda üç gündən bir oyun keçirəcək. Bu qərar qəbul edilsə, təhlükəsizlik işçilərinə az ehtiyac duyulacaq. Bundan əlavə, futbolçular müntəzəm olaraq test verəcək.

Xəbər xətti